Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Cənub mətbəxinin mövsümi yeməyi - VİDEO - FOTO

Azərbaycan mətbəx mədəniyyətinin zənginliyi ilə də məşhurdur. Təsadüfi deyil ki, milli mətbəximizdə 2000-ə yaxın xörək növü var. Çeşid-çeşid yeməklər - isti xörəklər, soyuq qəlyanaltılar, şirniyyatlar, çay dəstgahı və sair. Bu dəfə sizə həmin ləziz təamlardan birini təqdim edəcəyik. Bu yemək cənub bölgəsinin unudulmaqda olan ən qədim yeməklərindən biri - şüyüd qovurmadır.

Milli.Az xəbər verir ki, dadlı yeməklər hazırlayan gənc aşpaz Tural Kərimli AZƏRTAC-a bildirib ki, şüyüd qovurmanın tərkibində paxla olduğuna görə bu yemək əsasən may və iyun aylarında yeyilir: "Yeməyin hazırlanması üçün bizə lazım olan ərzaqlar quzu əti, quzu quyruğu, şüyüd, paxla, alça, abqora, duz və istiotdur. Əvvəlcə quyruğu kiçik hissələrə doğrayırıq. Sonra onu isti sacın içərisinə tökürük. Quzu ətini kubik şəklində doğrayıb saca əlavə edirik. Bildirim ki, yeməyin dadlı olması üçün 300 qram sümüksüz quzu əti və 150 qram quyruq lazımdır. Sacda ət və quyruq bişdikcə şüyüdü doğramalıyıq. Bişirəcəyimiz yemək 5 dəstə şüyüd, 200 qram təmizlənmiş paxla, 100 qram alça və 50 qram abqora ilə dəmə qoyulur. Sonra göyərti doğranaraq yeməyin üzərinə səpilir. Nəzərinizə çatdırım ki, paxla qaynadıldıqdan sonra yeməyə əlavə edilməlidir. Sacda bişməkdə olan yeməyin üzərinə duz və istiotumuzu tökürük. 30 dəqiqədən sonra yeməyimiz tam hazırdır".

Milli.Az