"Çayçı Hüseyn"ə ağır itki

"Çocuklar duymasın" serialındakı Çaycı Hüseyn obrazı ilə məşhurlaşan Alparslan Özmola ağır itki üz verib.

Day.Az axşam.az-a istinadən bildirir ki, aktyorun atası Coşkun Özmol bu gün səhər saatlarında vəfat edib.

Alparslanın atası nəfəs darlığı səbəbindən 21 gündür reanimasiyada idi. Müalicələrə baxmayaraq, həkimlər onu xilas edə bilməyib.