Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Cenevrə hava limanında qaçqınların binası yanır - FOTO

İsvekçrənin Cenevrə şəhərindəki beynəlxalq hava limanında güclü yanğın var.

Milli.Az The Express-ə istinadən bildirir ki, yanğın hava limanında tikintisi başa çatmamış binada başlayıb. Bina sığınacaq almaq istəyən miqrantların müvəqqəti qəbul mərkəzi qismində nəzərdə tutulub.

Səbəbləri hələ bəlli olmayan yanğından dolayı hava limanına uçuşlarla enişlər dayandırılıb.

Hava limanının yetkilisi İqnas Jannera RTS-ə bildirib ki, yanan bina aeroportun perimetrindən kənardadır.

Milli.Az