Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Cenevrə hava limanının yaxınlığında yanğın olub,

İsveçrənin Cenevrə hava limanı yaxınlığında yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə hava limanının uçuş zolağı yaxınlığında qeydə alınıb. Yanğınla əlaqədar bütün uçuşlar və enişlər dayandırılıb.

Hadisə yerindən görüntülər sosial şəbəkədə yayılıb. Videoda yerdən qara tüstü qalxdığı görünür.

Sosial şəbəkələrdə yazıblar ki, yanğın sığınacaq axtaran şəxslərin qəbulu binasında baş verib. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Milli.Az