Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Çexiyanın yeni baş naziri BU ŞƏXSDİR

Çexiyadakı “Birlikdə” İttifaqının və sağçı liberal Vətəndaş Demokratik Partiyasının lideri Petr Fiala Prezident Miloş Zeman tərəfindən ölkənin baş naziri təyin edilib.

Publika.az xəbər verir ki, əvvəlcə cümə günü keçirilməsi gözlənilən, lakin Zemanın koronavirus testinin müsbət çıxması səbəbindən bu günə təxirə salınan görüşdə siyasi liderlər bir-birindən şəffaf arakəsmə ilə ayrılıb.

Çexiya Prezidentinin Praqadakı iqamətgahında təntənəli mərasim keçirilib.

Qeyd edək ki, oktyabrın 8-9-da Çexiyada parlament seçkiləri keçirilib. Oktyabrın 10-da baş nazir Andrey Babişlə iqamətgahında görüşdən sonra Miloş Zeman xəstəxanaya yerləşdirilib.