Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ceyhun Bayramov Yasir Ərafatın ev muzeyini ziyarət edib

Ceyhun Bayramov Yasir Ərafatın ev muzeyini ziyarət edib

30 mart 2023-cü il tarixində Fələstin Dövlətinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin azadlıq hərəkatının lideri Yasir Ərafatın ev muzeyini ziyarət edib.

Xarici İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, ziyarət zamanı muzeyin idarə heyəti Azərbaycan nümayəndə heyətinin üzvlərinə 20-ci əsrin əvvəllərindən 2004-cü ildə Fələstin xalqının lideri Yasir Ərəfatın vəfatına qədər Fələstin tarixindəki ən mühüm hadisələri əks etdirən Yasir Ərafatın ev muzeyi barəsində ətraflı məlumat verib.

Muzeyin kolleksiyaları ilə yaxından tanış olan Nazir Ceyhun Bayramov sonda muzeyin xatirə kitabına ürək sözlərini yazıb.