Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

ChatGPT bu ölkədə qadağan olundu

Süni intellekt ChatGPT İtaliyada şəxsi məlumatların toplanması ilə bağlı qaydaları pozduğuna görə bloklanıb.

Publika.az xəbər verir ki, "Personal Data Protection Guarantor" tərəfindən bu gün verilən açıqlamaya görə, chatbot-u inkişaf etdirən ABŞ-da yerləşən OpenAI şirkətinə italiyalı istifadəçilərin məlumatlarının işlənməsini dayandırmaq tapşırılıb.

ChatGPT -yə müvəqqəti qadağa dərhal qüvvəyə minəcək və şəxsi məlumat qaydalarına uyğun gələnə qədər tətbiq ediləcək.

Qurum tərəfindən aşkar edilən qanun pozuntuları arasında məlumatların necə toplandığı barədə istifadəçilərə məlumat verilməsi də yer alıb. Bildirilib ki, platforma onun fəaliyyətinin əsasını təşkil edən alqoritmləri öyrətmək üçün şəxsi məlumatları toplayır və saxlayır, lakin bu fəaliyyətə haqq qazandırmaq üçün heç bir hüquqi əsas yoxdur.

Bundan əlavə, vurğulanıb ki, “OpenAI-nin dərc etdiyi istifadə şərtlərinə əsasən 13 yaşdan yuxarı insanlar hədəf seçilsə də, istifadəçilərin yaşını yoxlamaq üçün heç bir filtr yoxdur”. Zəmanətçi qurum xəbərdarlıq edib ki, istifadəçilərin yaşını müəyyən edən sistemin olmaması səbəbindən uşaqlar “inkişaf və məlumatlılıq səviyyələrinə tamamilə uyğun gəlməyən reaksiyalara” məruz qala bilərlər.

Aydan