Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Con Kirbi: NATO imkan verməyəcək ki...

NATO Kosovodakı mövcudluğunu artıracaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi cümə günü NATO-nun Kosovoda son eskalasiya fonunda Serbiya ilə sərhəddə təhlükəsizliyi təmin etmək üçün KFOR qüvvələrinin mövcudluğunu artırmaq niyyətində olduğunu bildirib.

Kirbi jurnalistlər üçün xüsusi brifinq zamanı deyib: “Birləşmiş Ştatlar Kosovoda vəziyyətin sabitliyinin pozulması səylərinə qarşı NATO tərəfdaşları ilə birlikdə işləyir. KFOR qüvvələri Kosovo-Serbiya sərhədində mövcudluğunu artıracaq”.

O, Serbiya və Kosovo hakimiyyətini zorakılıqdan çəkinməyə çağırıb, eyni zamanda, rəsmi Belqraddan qoşunları regionun sərhədlərindən çıxarmağı tələb edib.

Mehti Kamiloğlu

Publika.az