Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

COVID pasportu olmayanlar rayonlara gedə bilər?

COVID-19 pasportu olmayan şəxs Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) yaradılmış stasionar məntəqədə vaksin olunaraq bilet ala bilər.

Publika.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

N.Allahyarova qeyd edib ki, hazırda Bakıda və regionlarda avtovağzallarda COVID-19 pasportu olmayan vətəndaşlara bilet satılmır:

“Ümumilikdə COVID-19 pasportu olmadan bilet almaq üçün müraciət edənlərin sayı çox azdır. Vətəndaşlar məsələ barəsində məlumatlıdırlar və ona görə də pasportu olmayıb bilet almağa gələnlərın sayı minimum səviyyədədir. Pasportu olmayanlar BBAK-da TƏBİB-in təşkil etdiyi xüsusi stasionar məntəqədə vaksinasiya olunub bilet ala bilərlər. Vətəndaşlar üçün bu şərait də təmin olunub”.