Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Dado: "Artıq pis vərdişlərdən uzaqlaşmışam"

Dado ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Səid Əliyev sosial şəbəkələrdə haqqında yayılan pis vərdişlərlə məşğul olması ilə bağlı iddialara münasibət bildirib.

Publika.az bizim media-ya istinadən xəbər verir ki, sənətçi bununla bağlı qonaq olduğu "Səhər mərkəzi" verilişində danışıb. Dado bildirib ki, əvvələr məşğul olduğu pis vərdişlərdən uzaqlaşıb:
"Allah "TikTok" sosial şəbəkə platformasını çıxardanın bəlasını versin. Demək istəyirəm ki, artıq pis vərdişlərdən qutarmışam. Xahiş edirəm, arxamca o barədə danışmayın. Başqa nə danışırsızsa qəbuldur".
Qeyd edək ki, repçi Səid Əliyev müğənni Natavan Həbibi ilə evlidir. Onlar dəfələrlə küsüb-barışsalar da, Natavan son açıqlamasında hələ də ərindən boşana bilmədiyini açıqlamışdı. Cütlüyün Zeyd Əliyev adlı bir oğlan övladı var.