Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Daha bir erməni deputat mandatından imtina etdi

Ermənistan parlamentindəki “Ermənistan” fraksiyasının deputatı Hripsime İstanbulyan mandatından imtina etmək qərarına gəlib.

Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.

Deputat qeyd edib ki, 1,5 ilə yaxın müddət ərzində peşəkar və əmək bacarığından ölkəsinin rifahı naminə istifadə etməyə çalışıb. İstanbulyan obyektiv və ya subyektiv səbəblərdən ümidlərini doğrultmadığı vətəndaşlardan bağışlanmasını istəyib.

"Mövcud vəziyyət, mənim peşə fəaliyyətinə yanaşmalarım və problemlərin həlli məsuliyyəti ilə bir araya sığmır. Gələcək fəaliyyətimdə statusundan asılı olmayaraq, öz prinsiplərimə və ideyalarıma sadiq qalacağam, Vətənin maraqları bundan sonra mənim üçün prioritetdir”, - deputat yazıb.

Bundan əvvəl “Ermənistan” fraksiyasının nümayəndələri Artur Qazinyan, Mxitar Zakaryan, Aram Vardevanyan deputat mandatından imtina ediblər. KİV Armen Çarçyan və İşxan Saqatelyanın da fraksiyadan ayrılacağını yazır.

Qeyd edək ki, Hripsime İstanbulyan 2021-ci ildə keçirilən növbədənkənar seçkilər zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" (“Hayastan”) blokunun proporsional siyahısı ilə parlamentə seçilib.

Səxavət

Publika.az