"Damlanın fotolarını heç bəyənmirəm"

Müğənni Günay İbrahimli "Səhər mərkəzi" verilişində qonaq olub.

Day.Az axşam.az-a istinadən bildirir ki, veriliş zamanı sənətçiyə sosial şəbəkədə yazılan suallar ünvanlanıb. Sənətçiyə Damla ilə bağlı şərhlər yazılıb.

"Sən Günay İbrahimlisən, özünü niyə Damla kimi aparırsan" sualına "Heç aidiyyatımız yoxdur, oxşamırıq. Damla yaxşı qızdır. Səhifədəki şəkillərini heç bəyənmirəm. Səsi də var, yaxşı insandır. Stilistlə işləmək bir yana, özünü hiss etməlidir. Özünü tapmalıdır" cavabını verib.