Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

DÇ-2022: Mərakeş Belçikanı məğlub etdi - VİDEO - FOTO

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

"Report"un məlumatına görə, günün ikinci matçında F qrupunda Belçika və Mərakeş komandaları üz-üzə gəliblər. 

Mərakeş rəqibini 2:0 hesabı ilə üstələyib. 73-cü dəqiqədə Abdelhamin Sabiri, 90+2-ci dəqiqədə isə Zakaria Aboukhlal fərqlənib. 

Afrika təmsilçisi xallarının sayını dördə çatdırıb və liderliyə yüksəlib. Belçika üç xalla ikinci, Xorvatiya bir xalla üçüncü sıradadır. Xalı olmayan Kanada seçməsi sonuncu yerdədir.  

Qrupun digər görüşündə Xorvatiya Kanada ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

-------

Belçika 0 - 2 Mərakeş
Qol: Zəkəriyya Abuhilal (90+3)

-------

Belçika 0 - 1 Mərakeş
Qol: Sabiri (73)

-------

Qətərdə keçirilən dünya çempionatında Belçika və Mərakeş yığmaları arasında F qrupunun II tur oyununda ikinci hissə başlayıb. 

"Report"un məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb. 

--------

Qətərdə keçirilən dünya çempionatında Belçika və Mərakeş yığmaları arasında F qrupunun II tur oyununda birinci hissə başa çatıb. 

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. 

--------

Qətərdə keçirilən dünya çempionatında Belçika və Mərakeş yığmaları arasında F qrupunun II tur oyunu başlayıb.

Belçika: Tibo Kurtua, Toma Mönye, Tobi Alderveyreld, Yan Vertongen, Timoti Kastan, Amadu Onana, Aksel Vitsel, Eden Azar, Torqan Azar, Mişi Batşuayi, Kevin De Brüyne

Mərakeş: Yassin Bunu, Əşrəf Hakimi, Nayef Aquerd, Romen Saiss, Nussair Mazraui, Sofyan Amrabat, Unai Azzedin, Sekin Amallah, Hakim Ziyeş, Yussuf En-Nesiri, Sofyan Bufal

Milli.Az