Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Deputat İran hakimiyyətinin oğurluğundan danışdı

Deputat İran hakimiyyətinin oğurluğundan danışdı

“BMT-nin İnkişaf Proqramının saytına istinadən Azərbaycanda 15-24 yaş arasında olan əhalinin savadlılıq dərəcəsi 100 faizdir”.

Deputat Etibar Əliyev bu fikirləri Milli Məclisdəki müzakirələrdə söylədi.

O, Prezident İlham Əliyevin Türk Dövlətləri təşkilatının 9-cu Zirvə toplantısında soydaşlarımızın dünyada savadlılıq məsələsinə toxunduğunu xatırlatdı: “Dövlətimizin başçısı haqlı olaraq bunları dedi: “Təəssüf ki, öz ölkəsindən kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti ana dilində təhsil almaq imkanından məhrumdur. Təhsil bəşəri dəyərdir və dünyanın nüfuzlu şəxsləri bu mövzunu prioritet hesab edirlər. Əslində 21-ci əsrdə milyonlarla insanı təhsil hüququndan məhrum edənlər fikri qəribliyə salmaq əvəzinə cəhaləti genişləndirdiklərinə görə xəcalət çəkməlidirlər. Qorxu və cəhalət 21-ci əsrin silahı olmamalıdır. İranlı hüquq müdafiəçisi 2003-cü ildə Sülh üzrə Nobel mükafatına layiq görülmüş Şirin Əbadidən intervülərin birində İrandakı ən ciddi problemin nədən ibarət olduğu soruşulub. Abadinin cavabı belədir: Əlbəttə ki təhsil. Təhsilin bütün növləri insanlara iqtisadi və mənəvi azadlıq verir. İranda 2009-cu ildə bütün dünyanı sarsıldan utancverici bir hadisə baş verdi. İran hakimiyyəti nobelçi qadının bank seyfindən onun pulu ilə bərabər Nobel medalını, diplomunu və ermənistanla bacı ölkə olan Fransa prezidentinin 2006-cı ildə ona verdiyi Fəxri Legion ordenini oğurladı. Beynəlxalq aləmin müdaxiləsindən sonra Abadinin təltifini və diplomunu qaytardılar. Pulu isə mənimsədilər. Abadi intervüsündə bunu təsdiq edib: “Mənim aktivlərimi və pulumu oğurladılar”. Məcburiyyət qarşısında qalan nobelçi qadın Londona mühacirət etməyə məcbur oldu. İran Nobelçini ölkədən qovan ölkədir. Belə olan halda sıravi insanların hüququ qoruna bilərmi? Milli Məclis ötən iclasda təkcə elm sahələrində 230 nobel mükafatı laureatının vətəni olan İsraildə səfirliyin təsis edilməsi haqqında qərar qəbul etdi. Bəli, biz tərəqqi və inkişaf tərəfdarıyıq”.

E.Əliyev qeyd etdi ki, Fransanın rumın əsilli böyük bir dramaturqu var - Öjen İonesku: “Onun ötən əsrin 60-cı illərində “Kərgədanlar” pyesini yazıb. Pyesin qısa məzmunu belədir. Cəmiyyəti birdən-birə kərgadanlaşma bürüyür və sürətlə yayılır. Yalnız bir nəfər Beranje kərkadanlaşmır. Onun söylədiyi monoloq indiki fransız cəmiyyətinin simasını əks etdirir. Senatın bədnam qətnaməsinin əleyhinə 1 nəfər səs verib. Demək senatda bir Beranje var. İoneskunun uzaqgörənliyi özünü doğrultdu. 21 -ci əsrin 20-ci illərində kərkadanlaşma onun vətənindəki senatı bürüdü. Yəqin xətirlərinə dəyməz. İoneskunu çox istəyirlər”.

E.Paşasoy,
Musavat.com