Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Deputat: “Partiya sədri tanıyıram, xanımı da ona deyir ki, səndən siyasətçi olmaz”

“Partiya sədri tanıyıram ki, rəhbərlik etdiyi təşkilatın möhürünü hara qoyub, yadına düşmür. Elə partiya sədrləri də var ki, həyat yoldaşı belə onun partiyasına üzv olmur ki, deyir, səndən siyasətçi olmaz. Elə partiya sədri var ki, partiyasının adındkı sözlərin sayı üzvlərinin sayından çoxdur”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşən Musayev deyib.

O əlavə edib ki, yeni qanun layihəsinin əsas mahiyyəti ondan ibarətdir ki, bu məsələlər həllini tapsın: “Siyasi partiyalara hörmət olmalı və nüfuzu qalxmalıdır. İnsanlar var ki, cibində 5-6 partiyanın vəsiqəsini gəzdirir. Bir nəfər bir neçə partiyanın üzvü olmamalıdır. Bir ara siyasi partiya yaratmaq dəb halına çevrilmişdi, indi başqa dövrdür”.