Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Dietoloq təsdiqlədi: Bu pendirlər cinsi aktivliyi artırır

Biz istənilən məhsulun faydalarını orqanizm üçün ən qiymətli maddə - zülalla müəyyən edirik, çünki orqanizmdə amin turşuları zülaldan əmələ gəlir, onlardan antikorlar, hormonlar və membranlar sintez olunur.

Publika.az xəbər verir ki, bu sözləri dietoloq Mariyat Muxina "Ura.ru"ya müsahibəsində deyib.

Ekspert pendirin BZMJ (süd yağı əvəzedicisiz) etiketinə də diqqət yetirməyə çağırıb. Muxinanın sözlərinə görə, pendirin sıxlığı ilə vitaminlərin miqdarı artır, yəni sərt və çox sərt pendirlər ən faydalı hesab olunur. Ancaq yumşaq kəsmik pendirləri yetişməmişdir, saxlama müddətini uzatmaq üçün onlara konservantlar əlavə edilə bilər. Odur ki, həkim etiketləri diqqətlə oxumağı tövsiyə edib.

"Yumşaq pendirlərdə (rikotta, filadelfia, maskarpone) həm beyin, həm də cinsi fəaliyyəti aktivləşdirən çoxlu yağ turşuları var. Təəccüblü deyil ki, yumşaq maskarpone pendirindən hazırlanan məşhur Venesiya deserti tiramisu "Qaldır məni" kimi tərcümə olunur. Lakin həddindən artıq qəbul ishal və meteorizmə səbəb olur”, - Muxina xəbərdarlıq edib.