Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Dmitri Kuleba: “Hər gün masamın üstünə silahlarla bağlı 20 səhifəlik sənəd qoyulur”  

“Hər səhər masamın üstünə 20 vərəqdə silahların siyahısı olan bir sənəd gətirilir. Onun Ukraynaya çatdırılmasını təşkil etmək McDonald's-ı qaytarmaq kimidir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba öz facebook səhifəsində yazıb.

“İndi əsas məsələ Ukraynaya silah tədarüküdür. Bu, prezident Zelenskinin Ukrayna Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, İnfrastruktur nazirliyi və digər əlaqədar qurumlar üçün müəyyən etdiyi 1 nömrəli prioritetdir. Bu nəticə üçün gündəlik 7/24 çalışırıq. Hər səhər masamın üstündə kim nə verib, verir və verəcəyinin ətraflı siyahısı ilə bağlı 20 səhifəlik sənəd qoyulur. Silahlarımız gəlir.

Bunun necə işlədiyini sadə bir misalla izah edim. Nə qədər gözlənilməz səslənsə də, əslində, McDonald's-ın Ukraynaya qayıtması ilə eynidir.

Hər iki halda biz əvvəlcə həm partnyorlarla silahlar, həm də şirkətlərin geri qaytarılması ilə bağlı danışdıq. Biz onlara “qərarın vaxtı çatıb, gəlin bunu həyata keçirək” deyirik. Əvvəlcə sizə bunu deyirlər: “yox, gələ bilmərik, çünki vaxtı çatmayıb və şərait yoxdur”.

Sonra təkrar-təkrar inandırır, yeni yollar, yeni arqumentlər, yeni kombinasiyalar tapmalı oluruq. Və "yox", "bu barədə düşünəcəyik"ə dəyişir.

Çox çalışıb israrla davam edirsən və bir gün zəncirdə kilid açılır. Daha sonra çatdırılma ürkək və ehtiyatla işə salınır, qapı tam açılır və "yox", "hə"yə çevrilir.

Dünya belə işləyir. İstər əsas Amerika brendinin qaytarılmasından olsun, istərsə də indi cəbhə xəttindəki qoşunlarımız üçün çox zəruri olan silahların tədarükündən. Bu, torpaqlarımızı azad etməyə başladığımız və Rusiyadakı əclaflarının panikaya düşdüyü indiki vaxtda xüsusilə vacibdir.

Prezident Zelenskinin komandası lazımi qərarları verəcək. Ukrayna qalib gələcək. Əsas odur ki, sakitləşək və qələbəmizə inanaq”,-deyə Kuleba yazıb.

Musavat.com