Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Dövlət kanalında idman aparıcı qalmaqal yaratdı -

İspaniyanın dövlət kanalı RTVE-nin idman aparıcısı Lorena Qonzales canlı yayımda dediyi qalmaqallı sözlərə görə işini itirib.

Milli.Az qərb mediasına istinadən xəbər verir ki, Qonzales mikrofonunun söndürüldüyünü düşünüb və "Real Madrid"in transferi Kamavinga ilə bağlı irqçi ifadələr işlədib. Dərhal da işdən çıxarılıb. "Bu oğlan kostyumundan daha qaradır" deyən Qonzalesin bu sözünü hamı eşidib. Sosial media hesabında "üzr istəyirəm. Sözügedən şərhim idmançıya qarşı pis niyyət və düşüncəmdən xəbər vermir. Mikrofonların söndürüldüyünü düşünürəm, heç bir bəhanəm yoxdur" deyib.

Anar Əli
Milli.Az