Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Döyüşlərdə böyük fədakarlıq göstərən şəhid Qara Nəsirov - VİDEO

Vətən müharibəsində böyük fədakarlıq göstərən igid hərbçilərimizdən biri də Qara Nəsirov olub.

Xezerxeber.az-ın məlumatına görə, Nəsirov Qara Eldəniz oğlu 1999-cu ildə Beyləqan rayonunda dünyaya göz açıb.

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Sonra Azərbaycan Ordusunda müqavilə əsasında xidmət edib. İkinci Qarabağ müharibəsi başlayanda Qara Nəsirov müharibəyə könüllü olaraq yollanıb. Valideyinlərinin sözlərinə görə, bu onun ən böyük arzusu olub. Çünki o, döyüşlərə Birinci Qarabağ müharibəsində şəhid olan əmisi Elşən Nəsirovun qisasını almaq üçün getmək istəyirdi.

Qara Nəsirov bir neçə isitqamətdə döyüşlərdə iştirak edib. Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə verilən tapşırığı yerinə yetirərkən 8 noyabr 2020-ci ildə şəhid olub.

Qara Nəsirov ölümündən sonra "Vətən uğrunda" və " Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az