Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

DSX Akademiyada baş verən yanğının vurduğu ziyanı açıqladı

DSX Akademiyada baş verən yanğının vurduğu ziyanı açıqladı

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının əsas korpusunda baş vermiş yanğın tam olaraq söndürülmüşdür. Akademiyanın şəxsi heyəti tərəfindən görülmüş ilkin tədbirlər və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunmuş əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğın qısa zamanda aradan qaldırılmışdır. Hadisə nəticəsində şəxsi heyət arasında 3 nəfər tüstünün təsirinə məruz qalmış, müvafiq tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 m²-lik hissəsinə ziyan dəymişdir.

Bu barədə Day.Az-a DSX-dən bildirilib.

Qeyd edilib ki, yanğının baş verməsinə ilkin səbəb kimi elektrik xəttində qısa qapanmanın olduğu ehtimal edilir.