Dubayda gender anonsu partisinə pələng gətirildi

Dubayda yeni doğulacaq körpənin cinsiyyətinin elan edilməsi üçün təşkil olunan şənliyə toplaşanlar sürprizlə üzləşib.

Day.Az oxu.az-a istinadən bildirir ki, məclis sahibləri partiyə pələng gətirib.

Zolaqlı heyvan dünyaya gələcək uşağın cinsiyyətinə işarə edən rənglərin yer aldığı hava şarını partladıb.

Sosial şəbəkələrdə yer alan görüntülər heyvan hüquqları müdafiəçilərinin tənqidinə tuş gəlib. Gələcək ana isə tədbirdə plastik materiallardan istifadə edildiyini və vəhşi heyvanın təhlükəsiz şəraitdə olduğunu vurğulayıb.