Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Dünən qəzada ölən ata, ana və iki övladı dəfn olundu - FOTO

Dünən Bərdədə yol-nəqliyyat hadisəsi zamanı həlak olan bir ailənin 4 üzvü dəfn olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, ailə üzvləri - Məhərrəm Baxşəliyev, həyat yoldaşı Xalidə Kərəmova, övladları İlkin Baxşəliyev və Məftunə Baxşəliyeva bu gün torpağa tapşırılıblar.

Qəza zamanı xəsarət alan ailənin kiçik övladı Fəridə Baxşəliyeva xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza dünən Yevlax-Ağdam-Laçın yolunun təmir olunan 37-ci kilometrliyində, Bərdə rayonu ərazisində baş verib.

"VAZ 2121" ("Niva") və "Mercedes Benz" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər - Quliyev Ceyhun Arif oğlu (1988), Baxşəliyev İlkin Məhərrəm oğlu (1995), Kərəmova Xalidə İsa qızı (1972), Baxşəliyev Məhərrəm Nüsrət oğlu (1968), Baxşəliyeva Məfdunə Məhərrəm qızı (1998) ölüb. 2001-ci il təvəllüdlü Baxşəliyeva Fəridə Məhərrəm qızı müxtəlif bədən xəsarətləri alaraq Bərdə Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Milli.Az