Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Dünya axirətə atılan körpüdür

Sosioloq və din sahəsində tədqiqatçı olan İmad Əfruğ "Nəhcül-bəlağə"dən iqtibaslar haqqında mühazirəsində İmam Əlinin (ə) fikirlərini təqdim edir. O, İmam Əlinin (ə) nəzərindən "Dünya axirət üçün körpü" mövzusunda danışıb. Bunu aşağıda ətraflı şəkildə oxuya bilərsiniz.

Bu gün üçün seçdiyim xütbə Əmirəl-mömininin (ə) Nəhcül-bəlağəsinin iyirmi üçüncü xütbəsidir. Bu xütbədə incə məqamlar var.

O, həzrət dünya məsələsini gündəmə gətirməklə yanaşı, insanın öz əməl və rəftarına görə həm dünyaya, həm də axirətə sahib ola biləcəyini bildirir.

İmam Əli (ə) buyurur: "Xəyanətdən (Allaha və məxluqa xəyanətdən) çəkinən yoxsul müsəlman kişi iki yaxşı şeydən birini Allahdan gözləyir:

-Ya Allahın dəvət edənini (hamını Allaha tərəf çağıran ölümü) Allah dərgahında tapdığı (axirət nemətləri), onun üçün (dünya nemətlərindən) daha yaxşıdır.

-Yaxud da (dünyada) Allah ruzisini. Beləliklə, o, dini və şərəfi (elm, ədəb və səbri) özündə olmaqla yanaşı əhli-əyal və var-dövlət sahibi olar.

Həqiqətən mal və övlad bu dünyanın (puç olacaq) bəhrəsidir, xeyir əməl isə (qalan və bərqərar olan) axirətin bəhrəsidir. Bəzən də Allah-təala bir qism insanlara bunların hər ikisini nəsib edir (onlar həm dünyadan, həm də axirətdən bəhrələnirlər).

Buna görə də (olanla razılaşın, günah və itaətsizlik etməyin), Allahın sizləri qorxutduğu əzabından qorxun. Qorxmağınız üzrə və bəhanəyə görə (xəta və ya təqsirə yol verməkdən qorxan, ağıllı insanlar kimi) olmasın. İbadət edin (Allaha), bunu özünüzü camaata göstərmək üçün etməyin, çünki Allahdan başqası üçün iş görənin əcrini Allah-təala kimin üçün iş görülübsə ondan almağı tapşırar.

(O Həzrət bütün sözlərində və əməllərində Allahdan başqa kimsəni düşünmədiyinə görə, burada da dua etməyə başlayır:) Allahdan (bəlaya dözümlü olan) şəhidlərin məqamını, (heç kəsin paxıllığını çəkməyən) xoşbəxt insanlarla yaşamağı, (riyakarlıq və özünü göstərmək üçün iş görməyən) peyğəmbərlərlə yanaşı olmağı istəyirik".

Mən "Nəhcül-bəlağə"də çoxlu təhlillərdən sonra belə qənaətə gəldim ki, dünya üçün olan dünya çox pislənilir, lakin axirət üçün olan dünya çox təriflənir.

Yəni, İmam Əli (ə) dünyanı iman və saleh əməl, başqalarının qayğısına qalmaq, infaq və fədakarlıq kimi davranışlarla axirətdə ən yüksək məqamlara çatmaq üçün bir körpü hesab edir. Onun nəzərindən bu əməllər dünyanı axirətə bağlayan bir körpüdür.

Milli.Az