Dünya bazarlarında qaz yenidən bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Day.Az APA-ya istinadən bildirir ki, noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit - Britaniya istilik vahidi) üçün 0,49% artaraq 5,706 ABŞ dolları təşkil edib.