Azerbaijan

Dünyada 1,5 milyondan çox uşaq COVID-19 səbəbiylə valideynlərini və ya

ÜST-ün hesablamalarına görə, koronavirus 4 milyondan çox insanın ölümünə səbəb olub və hamısı kiminsə valideynləri, qızları, oğulları, həyat yoldaşları, nənə və babalarıdır. İngiltərədə tədqiqatçılar, uşaqları valideyn və ya qəyyumlarsız qoyan COVID-19 ölümlərinin ilk qlobal analizini aparmış və pandemiyanın dünyadakı yetimlik problemini çox ağırlaşdırdığı qənaətinə gəlmişlər. Riyazi modelləşdirmədən istifadə edərək  London İmperial Kollecinin alimləri 2020-ci ilin mart ayından 2021-ci ilin aprel ayına qədər neçə azyaşlının Covid-19 səbəbi ilə valideyn və ya nənə və babasını itirdiyi məlumatlarını təhlil etmişlər. Sorğunun nəticələri "The Lancet"-də dərc olunmuşdur. Tədqiqatçılar pandemiyanın ilk 14 ayında 1 milyondan çox uşağın valideynlərindən birini və ya hər ikisini itirdiyini təxmin edirlər. 500 000 nəfər onlarla eyni evdə yaşayan və onlara baxan nənə və babasını itirdi. Alimlər qeyd ediblər ki, yaşlı ailə üzvlərinin ölümü bir uşaq üçün az travmatik ola bilməz, çünki gələcək maddi sıxıntı onların itkisi ilə də bağlı yarana bilər.
Ümumiyyətlə, valideynlərini və ya nənə-babasını itirmiş uşaqların sayı 1,562 milyona çatıb. Hesablama aparan alimlər bunların  təxmini rəqəmlər olduğunu qeyd edir, belə ki, araşdırmaya daxil olan bəzi ölkələrdə COVID-19-dan ölüm halları ilə bağlı əlavə məlumatlar mövcud deyildir.

Kimsəsiz uşaqların sayına görə Meksika birinci yerdədir - 141,1 mindən çox. Braziliyada 130,3 mindən çox azyaşlı valideynlərini və ya nənə-babalarını itirib. Üçüncü yerdə ABŞ - 113,7 min uşaq var. Rusiya da qlobal araşdırmaya daxildir: alimlərin fikrincə, orda uşaqlar 29,7 mindən çox valideyn və ya nənə-babasını itirib.
Təəssüf ki, bir çox demoqrafik, epidemioloji və sağlamlıq faktorundan təsirlənən əsl rəqəmlərin daha böyük miqyaslı ola biləcəyi irəli sürülür.

Əgər yoluxmalar artarsa və peyvəndləmə yavaş tempdə gedərsə, pandemiya qlobal miqyasda sürətlənməkdə davam edəcək, hətta inanılmaz dərəcədə çətin vəziyyətdə olan ölkələrdə də milyonlarla uşaq yetim qalması ilə üz-üzə qalacaqdır.

Araşdırma müəllifləri pandemiyadan əvvəl dünyada 140 milyon yetim olduğunu və COVID-19-un bu rəqəmi  daha da ağırlaşdırdığını söyləyir. Bu cür uşaqlar xüsusilə, internat və uşaq evlərində qaldıqları təqdirdə yoxsulluq, fiziki və cinsi istismar və sağlamlıq problemləri ilə böyük risk altında olacaqlar.ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərindən COVID-19-a cavabdeh Qrupundan olan araşdırmanın aparıcı müəlliflərindən Dr. Susan Hillis deyir: "Dünyada hər iki COVID-19 ölümü ilə bir uşaq geridə qalır, yəni valideyn və ya baxıcısız qalır".

Araşdırmaçılar uşaq evində təhsil alan və pandemiyadan böyük zərər görəcək uşaqlar üçün sabahın çox gec olmasını düşünür. Təcili olaraq bu rəqəmlərin arxasında olan uşaqları müəyyənləşdirməyi və monitorinq sistemlərini gücləndirməyi və  hər bir uşağa lazım olan dəstəyin verilməsini tövsiyə edirlər.

"Mümkün qədər tez hərəkət etməliyik, çünki hər 12 saniyədə bir uşaq COVID-19 səbəbiylə qəyyumunu itirir"-deyə alimlər yekunlaşdırırlar.

Hira Abbey
Milli.Az

Football news:

Do you remember what hell the fans made at the Euro finals? For this, England will play without spectators
Gary Lineker: I don't understand why Lacazette doesn't play anymore. Probably there must be a reason, but I don't see it
Infantino about the World Cup every 2 years: The pros are obvious. When it was decided to hold it once every 4 years, there were 40 teams, and now 211
Arteta on 2-2 with Crystal Palace: Arsenal dominated at the beginning, but lost control of the game
Ben Foster: Being a goalkeeper, you think: Lord, don't let Salah get through. He is one of the best players in the world at the moment
Neville about Manchester United: Ask Sulscher in a personal conversation if he would like to return last year's squad, and he will say yes
Pique organized the Balloon World Cup. It's simple: you can't drop 🎈 on the floor. Although who said just?!