Amerika Alimlər Federasiyasının hesablamalarına istinadən xəbər verir ki, ötən ilin yanvarından 2023-cü ilin yanvarınadək dünyada nüvə başlıqlarının sayı 136 ədəd artıb.
Publika.az xəbər verir ki, bu barədə Statista.com məlumat yayıb.
Alimlər həm yerləşdirilmiş döyüş başlıqlarını, həm də anbarda olanları nəzərə alıblar.
Hesabatda deyilir ki, nüvə potensialının artırılması əsasən Çin, Rusiya, Şimali Koreya, Pakistan və Hindistan hesabına baş verib. Eyni zamanda, 2022-ci ildə dünyada nüvə başlıqlarının sayı bir qədər azalıb, 2009-cu ildən 2017-ci ilə qədər isə sürətlə, ildə 100-dən 450-yə qədər azalıb.
Bundan əvvəl Stokholm Sülh Araşdırmaları İnstitutu (SSAİ) məlumat vermişdi ki, dünyada nüvə başlıqlarının sayının qlobal azalması dayanıb və onların sayı yenidən artmaqdadır. SSAİ) hesab edir ki, dünyanın nüvə gücləri 2022-ci ildə təxminən 13 400 nüvə başlığına malik olub ki, onların da böyük əksəriyyəti Rusiya və ABŞ-a məxsus olub.
Hazırda doqquz ölkə nüvə silahına malikdir: ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya.
Cənubi Afrika 1989-cu ildə nüvə silahından imtina edən dünyanın yeganə keçmiş nüvə dövlətidir.
Hüseyn İbadlı