Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ermənilər qabaqdangəlmişlik edirlər - Şahinoğlu

"Erməni siyasətçilər və ekspertlər qabaqdangəlmişlik edərək Azərbaycan Ordusunun Laçın dəhlizini bağlamağa hazırlaşdığını açıqlayırlar. Onlar son zamanlar Qarabağda gərginliyin və atəş səslərinin artmasını bununla əlaqələndirirlər".

Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, bu gizli mövzu deyil, Ermənistanla Qarabağ arasındakı yolun nəzarətə götürülməsi Azərbaycanda əsas müzakirə predmetidir:

"Rusiya “sülhməramlı kontingenti” də ermənilərlə yenə səs-səsə verərək bu gün “Azərbaycan tərəfdən atəşkəs pozularaq Dağlıq Qarabağ postu atəşə tutulub” açıqlamasını yayıblar. Bu bir neçə sözdən ibarət cümlədə xeyli hüquq pozuntusu var. “Dağlıq Qarabağ” bölgüsü yoxdur, “separatçıların postu” olmamalıdır, bu Azərbaycanın ərazi bütövlüyünə ziddir, nəhayət separatçılar olan yerdə “atəşkəs” ola bilməz. Bütün bunlara görə də sülhə hələ çox var".

Tural Turan