Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Ermənilər Rusiyanın təklif etdiyi modeli rədd edir”

Ermənistanda keçirilən son iki seçki ermənilərin Rusiyanın təklif etdiyi modeli rədd etdiyini sübut edir.

Publika.az xəbər verir ki, bunu ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə namizədliyi irəli sürülən, hazırda ABŞ-ın Ermənistandakı səfiri olan Lin Treysi bildirib.

“Təəssüf ki, keçmiş sovet respublikalarının bəziləri Rusiyadan asılılığını davam etdirir. Düşünürəm ki, ABŞ və Ermənistan asılılıqların müəyyən qədər azaldılması və daha Qərb istiqamətinə keçməsi istiqamətində işləyə biliblər. 2018-ci ildə ermənilər ölkə tarixinin ən azad və ədalətli seçkilərini keçirdilər və 2020-ci ildə onlar müharibədən keçdilər ki, bu da demokratik dövlət üçün ən böyük stresslərdən biridir”, - deyə Lin Treysi qeyd edib.

Onun sözlərinə görə, 2021-ci ildə Ermənistanda yenidən azad və ədalətli seçkilər keçirilib: “Ermənilər mənə dedilər ki, korrupsioner liderlərin qayıtmasını istəmirlər və daha yaxşı gələcək istəyirlər”.

“Ermənilər deyirlər ki, Rusiya ilə indiki münasibətlər Ermənistanın bugünkü ehtiyaclarını ödəmir. Və hazırda ABŞ və Ermənistan Ermənistanın daha demokratik və təhlükəsiz gələcəyini necə dəstəkləyəcəyimizə dair çox mühüm dialoq aparırlar”, - Linn Treysi bildirib.

Səxavət