Azerbaijan

Ermənistanda vaksinasiyada kütləvi rüşvət faktları aşkarlandı

Ermənistanda koronavirusa qarşı peyvənd zamanı rüşvət və saxtakarlıq halları müəyyən edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən bildirilib.

"V.Abajyan adına ailəvi tibbi mərkəz"in bir qrup əməkdaşı 2021-ci ilin aprelindən 700-dən çox vətəndaşa təyin edilmiş vaksini vurmayıblar. Əvəzində "ARMED" vahid elektron sağlamlıq sisteminə daxil etdikləri saxta peyvənd sertifikatlarını tərtib ediblər. İşçilər buna görə hər bir vətəndaşdan 5-10 min dram rüşvət alıb, vaksinlər isə məhv edilib. Əldə edilmiş sübutlar əsasında tibb mərkəzinin 6 əməkdaşı saxlanılıb.

Onlar cinayət mexanizmi, rüşvət və saxta sertifikat alan insanlar haqqında etiraflar ediblər. İndi saxta sertifikatları olan bütün şəxslərin müəyyənləşməsi və onlara qarşı cinayət təqibinin başlanması, cinayət mexanizminin bütün iştirakçılarının dairəsinin aşkarlanması və məsuliyyətə cəlb edilməsi üçün işlər aparılır.

Milli.Az

Football news:

Gary Lineker: I don't understand why Lacazette doesn't play anymore. Probably there must be a reason, but I don't see it
Infantino about the World Cup every 2 years: The pros are obvious. When it was decided to hold it once every 4 years, there were 40 teams, and now 211
Arteta on 2-2 with Crystal Palace: Arsenal dominated at the beginning, but lost control of the game
Ben Foster: Being a goalkeeper, you think: Lord, don't let Salah get through. He is one of the best players in the world at the moment
Neville about Manchester United: Ask Sulscher in a personal conversation if he would like to return last year's squad, and he will say yes
Pique organized the Balloon World Cup. It's simple: you can't drop 🎈 on the floor. Although who said just?!
Lacazette on the goal in the 95th minute: Arsenal showed character. I have to work to get time