Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Ermənistanın hərbi cinayətləri Hindistan mediasında ilk dəfə işıqlandırıldı

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyevin ötən ilin bu günlərində ermənilərin Gəncə, Bərdə və Tərtərin mülki əhalisini raket atəşinə tutub bombalaması hadisəsi ilə bağlı yazısı bu dəfə Hindistanın nüfuzlu Muslimmirror.com saytında dərc olunub.

Publika.az

xəbər verir ki, "Qarabağ müharibəsindən bir il sonra: Erməni hərbi cinayətləri hələ də cəzasız qalıb" başlıqlı yazıda müəllif qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla hərbi cinayətlər törədib.

C. Şahverdiyev Hindistan ictimaiyyətinə Ermənistanın Azərbaycanın Gəncə, Bərdə və Tərtərin mülki əhalisini bombalaması, onlarla mülki insanın öldürülməsi, yüzlərlə insanın yaralanması, dağıntıları xatırladıb.

Qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi cinayətlərinin dünya ictimaiyyəti, super güclər, beynəlxalq təşkilatlar tərəfindən bu vaxtadək qınanılmaması, işğalçıya qarşı heç bir cəza tədbiri görülməməsi ədalətsizlikdir.

Yazının tam mətni aşağıdakı linkdə:


https://muslimmirror.com/eng/a-year-after-karabakh-war-armenian-war-crimes-are-still-unpunished/