Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Evdə tək" filminin ulduzu bu səhnədən danışdı

"Evdə tək" filminin ulduzu Co Peşi yanan papaqla səhnəni çəkərkən başı yanıb.

Milli.Az bildirir ki, aktyor "People"a müsahibəsində zədəsindən danışıb.

"Bu cür komediya ilə bağlı gözlənilən qabar, qançırlar və ümumi ağrıya əlavə olaraq, Harrinin papağının yandığı səhnə zamanı başımın yuxarı hissəsində ciddi yanıqlar aldım. Mənim bəxtim gətirdi ki, ağır tryuklar peşəkar kaskadyorlar tərəfindən icra olunub", - Peşi bildirib.

O, yalnız ilk iki "Evdə tək" filmində görünüb və sonrakı dörd seriyada iynamayıb. Harri rolunu yenidən canlandırmağı planlaşdırırmı sualına aktyor orijinal filmlərin ab-havasını "təkrarlamağın" çətin olacağını deyib. "İndi fərqli zaman və baxışdır. 30 il ərzində prioritetlər dəyişib", - Peşi bildirib.

İrfan Vəliyev
Milli.Az