Fərid Qayıbov ABŞ səfiri ilə görüşüb

Oktyabrın 13-də gənclər və idman naziri Fərid Qayıbov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer və Səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Riçard Pinkhamla görüşüb.

Day.Az Trend-ə istinadən bildirir ki, Gənclər və İdman Nazirliyində keçirilən görüşdə Fərid Qayıbov qonağa ölkəmizdəki gənclər və idman siyasətinin prioritet istiqamətləri barədə məlumat verib.

Görüş zamanı hər iki sahədə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, lkələrimiz arasında əlaqələrin əhəmiyyəti vurğulanıb.