Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

FAO və Azərbaycan arasında əməkdaşlığın ikinci mərhələsi üzrə saziş imzalanacaq

FAO və Azərbaycan arasında əməkdaşlığın ikinci mərhələsi üzrə saziş imzalanacaq

2023-cü ilin sonunadək BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan arasında əməkdaşlığın ikinci mərhələsi üzrə saziş imzalanacaq.

Day.Az-ın məlumatına görə, bu barədə FAO-nun Azərbaycan nümayəndəsinin müavini Bariz Mehdiyev jurnalistlərə deyib.

O, tərəflərin 2025-ci ilədək əməkdaşlıq çərçivəsində doqquz prioritet istiqamətdə çalışdığını xatırladıb.

"Hazırda əməkdaşlığın ikinci mərhələsinin imzalanmasına texniki hazırlıq gedir və biz bu il ərzində onu tamamlayaraq müvafiq razılaşma imzalamaq niyyətindəyik. Əlbəttə ki, biz Azərbaycan hökuməti ilə kənd təsərrüfatı sahəsinin prioritet inkişaf istiqamətləri üzrə əməkdaşlığı gələcəkdə də davam etdirmək niyyətindəyik", - o qeyd edib.

Mehdiyev, həmçinin, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının nominal dəyərində illik 4% artımın müşahidə olunduğunu əlavə edib.

Qeyd edək ki, FAO-nun əsas məqsədi Azərbaycanda qida məhsullarının və tullantıların idarə olunması sahəsində layihələrə dəstəyə yönəlib. Tərəflər birlikdə kənd təsərrüfatı sahəsində 60-dan yuxarı layihə reallaşdırıb, xüsusən də ölkənin bölgələrində kənd təsərrüfatı mühiti, o cümlədən, qida təhlükəsizliyi yaxşılaşdırılıb.