Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Filarmoniyada “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib - FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Yeni adlar" layihəsi çərçivəsində növbəti  konsert keçirilib.

Musiqi axşamında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor - Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə gənc istedadlar - Respublika və beynəlxalq müsabiqələr laureatları Məhta Məhəmmədəlizadə (qanun) və Rəhman Abdullayev (tar) çıxış ediblər.

Solistlər  Hacı Xanməmmədovun  Tar və orkestr üçün 3 nömrəli Konserti və Kamança və orkestr üçün Konserti dinləyicilərə təqdim ediblər. 

Layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu dərk edərək böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az