Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Filmdə 22 yaşlı qızı canlandıran Gülzar Qurbanova bu barədə ilk dəfə danışdı - VİDEO

Əməkdar elm xadimi, mərhum yazıçı Mir Cəlal Paşayevin “Nazik mətləb” və “İnsanlıq fəlsəfəsi” hekayələrinin motivləri əsasında çəkilən “Nazik mətləb” filmində gənc qız rolunda çəkilən Əməkdar artist Gülzar Qurbanova ilk dəfə bu barədə açıqlama verib.

Publika.az xəbər verir ki, həyəcanla baş rolda çəkildiyi filmin böyük ekranlara çıxmasını gözləyir:

“Məncə, hamının içində “Nazik Mətləb”i var və ya olmalıdır. Qovuşmadığı, toxunmadığı, amma ürəyinin dərinliyindəki mücrüdə gizlədiyi, arabir açıb tozunu silib, əzizlədiyi, xatırladığı sevgisi... Mir Cəlal müəllim eyniadlı hekayəsində ən gözəl formada bunu ifadə edib”.

Məlumat üçün bildirək ki, 1989-cu ildə lentə alınan “Ölsəm bağışla” filmi ilə məşhurlaşan Gülzar Qurbanova tanınmış dramaturq Mircəlal Paşayevin eyniadlı əsəri əsasında hazırlanmış “Nazik mətləb” filmində tamamilə başqa bir obrazda qarşımıza çıxacaq. Ekran əsərində onun tərəf müqabili model Rüstəm Cəbrayılovdur. Film astronomiya müəlliminin öz şagirdinə aşiq olmasından və onların nakam məhəbbət hekayəsindən danışır. Maraqlıdır ki, 49 yaşı olsa da, gənclik cazibəsini itirməyən kino ulduzu burada 22 yaşlı gənc qızı ifa edir.