Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Formula 2: Dennis Hauger qalib oldu

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub. 

Milli.Az bildirir ki, "Prema Racing"dən Dennis Hauger bütün rəqiblərini qabaqlayıb. 

-------

Bakıda keçirilən 2022 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə əsas yarış başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 29 dövrənin yekununda qalib bəlli olacaq.

Qeyd edək ki, ötən gün Bakıda keçirilmiş dəstək yarışı - Formula 2 sprint yarışının qalibi "ART Grand Prix" komandasının pilotu danimarkalı Frederik Vesti olub.

"Prema" komandasının pilotu Cehan Daruvala və "Karlin" komandasından Liam Louson müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Yarışın kubokları Gənclər və İdman nazirinin müavini Marianna Toteva Vasileva, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Adil Kərimli və Milli Məclisin deputatı Nigar Arpadarai tərəfindən təqdim olunub.

Milli.Az