Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Fransa Ukrayna üçün hava hücumundan müdafiə radarları alacaq

Fransa hökuməti Ukrayna "GM 200" hərbi hava hücumundan müdafiə radarlarının alınması üçün vəsait ayıracaq.

Publika.az xəbər verir, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikovun fransalı həmkarı Sebastyan Lekornla keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

Lekorn bildirib ki, o, belə radarlara ehtiyac olduğunu hələ dekabr ayında Ukraynanın müdafiə naziri Oleksiy Reznikovdan öyrənib. O qeyd edib ki, yaxın günlərdə bu radarların alınması ilə bağlı müqavilə imzalanacaq. Onlar üçün vəsait Fransanın yaratdığı Ukraynaya dəstək üçün xüsusi fonddan xərclənəcək.

Nazir əlavə edib ki, Fransa Ukraynaya ötürülən "Crotale" hava hücumundan müdafiə sistemlərini çox sayda raketlə təmin etmək üçün müttəfiqlərlə koordinasiyanı davam etdirəcək.

Xatırladırıq ki, Fransa Ukraynaya qırıcı təyyarələrin verilməsini istisna etmir, ancaq bu şərtlə ki, bu, müharibənin genişlənməsinə səbəb olmasın.

Hüseyn İbadlı