Azerbaijan

Fransada raket yanacağının buxarından azı

Fransanın Marinyas-sur-Jal şəhərində 27 tələbə və 7 kollec işçisi raket yanacağı dumanından zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransanın Jironda departamentinin polis idarəsindən bildirilib.

Məlumata görə, zərərçəkənlərdən heç biri xəstəxanaya yerləşdirilməyib. Mütəxəssislərin fikrincə, zəhərlənmə raket yanacağının yanması zamanı əmələ gələn aşındırıcı kimyəvi turşunun buxarlarlanması nəticəsində baş verə bilər. Ehtimal olunur ki, duman kollec ərazisinə ondan 5 km aralıqda yerləşən "Ariane Group" raket-kosmik texnologiyalar şirkətinin iki müəssisəsindən daxil olub.

Bildirilir ki, bu müəssisələrin birində "Ariane 5" ağır raketləri üçün, həm də hazırda hazırlanan yeni raket seriyaları - "Ariane 6"-nın iki variantı üçün yanacaq hazırlanır.

İnsanların zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Football news:

Benzema on the Golden Ball: I have done a lot in the last 3-4 years and I continue to play at a high level
Dani Alves offered Barca his services. The 38-year-old is ready to join the club from January 1
Pavel Nedved: Racists need to be identified with the help of cameras. This is necessary in today's world
Joan Laporta: There will be no transfers for the sake of transfers. We will have reference players who will return the feeling that Barcelona is very strong
Tuchel about Werner: We can't wait for the player to find himself. We want to release those who are in shape
Coach Angera about 1:2 with PSG: I support VAR, he corrects 70-80% of mistakes. But it's bad when you're in these 20%
Real Madrid is ready to pay Pogba 14 million euros a year, Manchester United - 20 million. The midfielder can leave the English club in the summer for free