Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Fransanın Azərbaycandakı səfiri başsağlığı verdi

Fransanın Azərbaycandakı səfiri Zakari Qross helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı səfir "Twitter"də paylaşım edib.

"Xızıda "Qaraheybət" poliqonunda baş vermiş faciəvi helikopter qəzası nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm", - deyə paylaşımda bildirilir.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Milli.Az