Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları davam edir.
Publika.az xəbər verir ki, bu gün turun iki oyunu keçiriləcək. Əvvəlcə “Kəpəz” Gəncədə “Səbail”lə üz-üzə gələcək. Çempionatda qalmaq uğrunda mübarizə aparan komandalar üçün bu oyun böyük əhəmiyyət kəsb edir. Qərb komandası qalib gəlməklə təhlükəli zonadan uzaqlaşmaq istəyirsə, paytaxt təmsilçisi isə 3 xal qazanmaqla sonuncu sıranı tərk etməyi hədəfləyir.
Günün ikinci matçında “Neftçi” səfərdə “Zirə”nin qonağı olacaq.
Turun açılış oyununda “Turan Tovuz” doğma meydanda “Sumqayıt”a uduzub – 2:3. “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları aprelin 2-də keçiriləcək.
15.30 Kəpəz – Səbail
Gəncə şəhər stadionu.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Zirə İdman Kompleksinin stadionu
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Cəmil Quliyev, Emin Əliyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Heybət