Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Gəncədə təsirli anlar yaşanacaq: Qurban Qurbanov o uşaqlarla görüşəcək

Premyer Liqanın 21-ci turunun “Kəpəz” – “Qarabağ” qarşılaşmasından əvvəl meydan sahibləri tədbir planlaşdırıb.

Publika.az xəbər verir ki, oyundan əvvəl Qurban Qurbanov ön planda olacaq.

Belə ki, ölkənin bir nömrəli futbol məşqçisinə təşəkkürünü çatdırmaq istəyən, ona gül dəstəsi təqdim etmək niyyətində olan uşaqlar var.

Həmin uşaqlar İkinci Qarabağ müharibəsi zamanı düşmənin Gəncəyə atdığı raket nəticəsində valideynlərini itirənlərdir.

Belə ki, o dövrdə televiziya verilişlərinin birində hadisə yerindən kadrlar göstərilib. Uşaqlardan biri əlində yanmış oyuncağını tutub və pərişan halda kameraya baxıb.

Qurban Qurbanov o görüntünü izləyəndən dərhal sonra həmin cocuqlara uşaq oyuncaqlarından ibarət sovqat göndərib. Baş məşqçinin bu addımı uşaqları və yaxınlarının sevincinə səbəb olub.

İndi isə azyaşlılar Qurbanova başqa formada təşəkkür etmək istəyir.

Qeyd edək ki, fevralın 4-də Gəncə şəhər stadionunda baş tutacaq “Kəpəz” – “Qarabağ” matçı saat 14:00-da başlayacaq.