Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Gilasa "bahadır" dediyi üçün polis bölməsinə çağrıldı

Müğənni Berna Laçın sosial mediada etdiyi paylaşıma görə polisə bölməsinə aparılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı özü məlumat yazıb. O, bunun "Gilasın qiyməti 60-la 80 lirə arasıdır. Bu sadəcə gilasdır. Uşaqkən sırğa kimi qulağımıza taxıb oynayardıq, indi isə gilasın dadını bilmədən böyüyən uşaqların ölkəsi olduq" yazdığı sözlərə görə baş verdiyini bildirib.

Berna daha sonra gilasın qiymətinin artmasını bahalı hesab etdiyinə görə ifadə verdiyini, ardında sərbəst buraxıldığını yazıb:

"Məni yenə ifadə verməyə çağırdılar. Gilas bahalıdır dedim deyə. Gilas inciməyib, sizə nə olub? Orxan Vəli demişkən, pulsuz yaşayırıq, pulsuz".

Milli.Az