Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Google" axtarış sistemi Lütfi Zadəyə həsr olundu - FOTO

Məşhur "Google" axtarış sisteminin əsas səhifəsi dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs Lütfi Zadəyə həsr edilib.

Publika.az Axtarış sisteminin istifadəçiləri dudlu klik etməklə Lütfi Zadə barəsində məlumatlar olan saytlara, səhifələrə keçid edə bilərlər.

Qeyd edək ki, bu gün İnternet mühitində minlərlə axtarış sistemi fəaliyyət göstərsə də, axtarış sistemlərinin sayının çox olmasına baxmayaraq İnternet istifadəçilərinin çox hissəsi “Google” serverinə üstünlük verirlər. İnternet istifadəçilərindən hər 10 nəfərdən 6-sı axtarış sistemləri arasında lider sayılan “Google” severinə müraciət etməyi üstün sayır.

Axtarış sisteminin dudlları dünyada baş verən maraqlı hadisələr, ənənvi günlər, bayramlarlə əlaqədar olaraq axtarış sisteminin əsas səhifəsində görünən rəsmlər, fotolar, oyunlar və s.dır.

"Google" axtarış sistemi Amerikanın “Google Inc” şirkətinə məxsusdur. Axtarış sistemi 8 milyardddan çox veb-səhifəni indeksasiya edir. Eyni zamanda 2009-cu ildən başlayaraq 191 dildə yazılmış informasiyanı tapa bilir. “Google” eyni zamanda PDF, RTF, PostScript, Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint və s. formatlarda olan sənədlərin axtarılmasını dəstəkləyir.

“Google” Stenford tələbələri Larri Peyc və Sergey Brin tərəfindən yaradılıb. 1996-cı ildə “BackRub” axtarış sistemi üzərində işləyən tələbələr, bu sistemdə istifadə etdikləri alqoritm əsasında 1998-ci ildə “Google” sistemini yaradıblar, baxmayaraq ki “Google.com” domen adı 15 sentyabr 1997-ci ildə qeydiyyatdan keçib.

Qeyd edək ki, “Google” adı 10100 rəqəminin adından götürülüb.

Xatırladaq ki, Lütfi Zadə 1921-ci ilin 4 fevralında Bakının Novxanı kəndində dünyaya gəlib

Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvü olub. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilib.

Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib, bir neçə gün sonra Bakıda dəfn olunub.