Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Gündoğanın sirri: Oğlu, yuxu və...

"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan sağlam yuxu və pəhrizin onun karyerasına necə kömək etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə "Sport 1"-ə müsahibəsində deyib:

"Mənim uğur reseptim? Çox şeylər var. Məsələn, yuxu rejimi mənim üçün tamamilə müqəddəsdir. Mən səkkiz-on saat yatıram, ondan sonra 100 faiz hazıram. Oğlum doğulduğuna görə az yatmalıydım. Amma həyat yoldaşıma çox minnətdaram, çünki həmişə gecələr durub körpəyə o qulluq edir.

Ancaq günorta körpə mənə gülümsədikdə, bütün digər narahatlıqlar və problemlər həqiqətən unudulur.

Pəhriz? Bacardığım qədər özümə qulluq edirəm. Mümkün qədər az karbohidrat, buxarda hazırlanmış ət, lakin nə çox, nə də az. Bəzən ümumiyyətlə şirniyyatsız qala bilmirəm, amma az yeyirəm. Yeniyetmə vaxtdan buna vərdiş etmişəm".