Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Həbs olunan futbolçular: Sevgilisinin meyiti tapılmadı...

Futbol aləmində adından söz etdirən və çıxışları ilə futbolsevərlərin diqqətini çəkən bəzi futbolçular törətdikləri cinayətlərə görə həbs olunub.

Lent.az xarici mediaya istinadla yaxınlarda həbsdə olan Dani Alveşlə yanaşı, əvvəllər cinayət törədən və cəzalandırılan futbolçuları və onların səbəblərini təqdim edir.

Braziliyanın ən önəmli ulduzlarından biri hesab edilən Dani Alveş dekabrın 30-da 23 yaşlı qızı tualetdə zorlamaqda ittiham olunaraq Barselonada 15 saylı birinci instansiya məhkəməsinin rəhbərinin göstərişi ilə həftəsonunu girov olmadan müvəqqəti həbsxanada keçirib.

Ronaldinyo

Dünya futbol tarixinin ən böyük istedadlarından biri hesab edilən Ronaldinyo saxta pasport daşıdığı üçün Paraqvayda 171 gün həbs edilib.

Adam Conson

İngilis futbolçu azyaşlı ilə cinsi əlaqədə olduğu üçün 6 il müddətinə azadlıqdan məhrum edilib.

Benjamin Mendi

"Mançester Siti"nin keçmiş oyunçusu 2021-ci ildə müxtəlif zorlama və cinsi təcavüz ittihamları ilə həbsxanaya düşüb. Girovu ödədikdən sonra 2022-ci ilin yanvarında azadlığa buraxılıb və bəraət alıb.

Semedo

Portuqaliyalı müdafiəçi adam öldürməyə cəhd, yaralama, hədələmə, qanunsuz həbs, qanunsuz silah saxlama və zorakılıqla oğurluq ittihamı ilə 142 gün həbsdə qaldıqdan sonra sərbəst buraxılıb.

Vinisius "Breno" Borqes

2011-ci ildə Breno sərxoş halda evini yandırıb və 3 il həbs cəzasına məhkum edilib.

Bruni Fernandes De Souza

Qapıçı sevgilisinin məhv olmasını istəyib. Gənc qadının cəsədi heç vaxt tapılmayıb və futbolçu 2013-cü ildə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Freddi Rinkon

"Real"in keçmiş futbolçusu Rinkon narkotik alverinə görə 123 sutka həbs edilib.

Milli.Az