Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Həddindən artıq qəzəbli idim" - FOTO

Aktyor Eşton Katçer keçmiş həyat yoldaşı, aktrisa Demi Murun memurlarına görə ona qəzəbli olmasından və bunun ailə həyatına mənfi təsirindən danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, söhbət Murun 2019-cu ildə aktyorla həyatının bəzi təfərrüatlarını açıqladığı "Inside Out" adlı kitabından gedir.

"Mən həddindən artıq qəzəbli idim", - deyə Kutçer kitab haqqında danışarkən bildirib.

Qeyd edək ki, Kutçer və onun hazırkı həyat yoldaşı aktrisa Mila Kunis evliliklərinə baxmayaraq uzun müddət təcrid hissini qoruyub saxlayıblar. Cütlük hətta 2015-ci ildə nikah mərasimlərinin baş tutmasına baxmayaraq, 2017-ci ilə qədər "qırmızı xalı"ya birgə çıxmamışdılar.

"Nəhayət, mətbuatın həqiqətən məni və Milanı, həyatımı və ailəmi tək buraxdığı qənaətinə gəlmişdim ki, ertəsi gün (paparasilər) mənim uşaqlarımın məktəbində göründülər", - deyə Katçer həmin vaxt yaşadıqlarını danışıb.

Lakin aktyor söhbəti çox uzatmayıb və artıq heç bir narazılığının olmadığını vurğulayıb.

Milli.Az