Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Hələ o demişdi ki, İran məhv olacaq" - Maksim Şevçenko

Rusiyalı jurnalist, siyasətçi Maksim Şevçenko Elmar Hüseynovun "Qaynama nöqtəsi" adlı xüsusi layihəsində iştirak edib. Jurnalistin toxunduğu məsələlə İrandakı daxili siyasi böhran və onun region üçün nəticələri olub.

Maksim Leonardoviçin ən diqqətçəkən açıqlamalarından fraqmentləri diqqətə çatdırırıq. Maksim Şevçenko bildirib ki, İranın daxili parçalanmasının səbəbi onun birtərəfli qaydada Ermənistanı dəstəkləməsidir. Yaxın dostu, mərhum Heydər Camaldan sitat gətirən jurnalist "o mənə açıq şəkildə bildirdi ki, İranın Ermənistan-Azərbaycan münaqişəsində erməniləri açıq müdafiə etməsi onun üçün çox pis nəticələnəcək. Bu onun məhvi olmasa da, köklü şəkildə ziyan vuracaq" deyib.

Əlavə edib ki, İran tarixi, dini yaxınlığı olan Azərbaycana qarşı satqınlığı onun bir dövlət kimi məhvinə səbəb olacaq. Bu olmasa da, İranda vətəndaş müharibəsinə gətirib çıxaracaq. Beləliklə, məhrum jurnalistin peyğəmbərcəsinə illər əvvəl səsləndirdiyi fikirlər deyəsən reallaşmaq üzrədir.