Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

H&M Rusiyadakı bütün mağazalarını bağlayıb

H&M Rusiyadakı bütün mağazalarını bağlayıb

Daha əvvəl Rusiyadakı fəaliyyətini dayandırmaq planlarını açıqlayan H&M reteyleri şəbəkənin 150-yə yaxın bütün mağazalarını bağlayıb.

Day.Az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

"Rusiyadakı bütün H&M Group mağazaları bağlanıb", - deyə məlumatda qeyd olunur.

Avropanın ən böyük geyim və aksesuar pərakəndə şəbəkəsi olan H&M Rusiyada 2009-cu ildən fəaliyyət göstərir. O, Rusiyadakı fəaliyyətini mərhələli şəkildə dayandırmaq qərarını açıqlamışdı. Bu prosesin bir hissəsi olaraq şirkət, qalan malları satmaq üçün bir müddət mağazalar açmağa qərar verdi, sonra anbarlarda məhsullar tükəndiyi üçün mağazalar tədricən bağlandı. Rusiyada 146 H&M mağazası fəaliyyət göstərib.