Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Hacı Nuran Almaniyada onkoloji klinikada - FOTO

Xəbər verdiyimiz kimi, xərçəngdən əziyyət çəkən aparıcı Hacı Nuran Hüseynovun səhhətində yenidən problem yaranıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı Almaniyaya müalicəyə yollanıb. Hacı Nuran bildirib ki, hazırda xəstəxanaya yerləşdirilib:

"Almaniya, Düsseldorf, onkologiya şöbəsi... İnsan xəstə yatağında olanda daha çox kimin ona diqqət və şəfqət göstərəcəyini düşünür. Bu gün müalicə olunduğum xəstəxana - Almaniyanın Düsseldorf şəhərindəki klinika artıq mənə doğmalaşıb desəm, səhv etmərəm. Buradakı gözəl şərait və həkimlərin sonsuz diqqət, qayğı və şəfqəti insana ağrılarını belə unutdurur. Amma dost diqqəti bir başqadır. Nə qədər olsa da bu münasibət doğma, əziz insanların şəfqətinə, sevgisinə çatmaz yəqin ki... Xəstələndiyim gündən bəri məni bir an belə diqqətdən kənar qoymayan insanlar var həyatımda. O insanlar ki, səhhətimlə bağlı aldıqları xəbər yenə onları üzüb. Buna görə də dünəndən bəri istər telefonuma, istərsə də sosial hesablarıma yüzlərlə mesaj gəlib. Mənə görə narahat olan, öz xoş sözlərini, dualarını əskik etməyən insanların hər birinə minnətdaram. Siz məni heç yalnız qoymadınız".

Milli.Az