Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Hadisə sevgilisi ilə ölümdən döndü – FOTO

Müğənni Hadisə və sevgilisi Mehmet Dinçerler avtomobil qəzası keçirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük həftəsonu Çeşməyə tətilə yollanıb.

İki gün şəhəri gəzən Hadisə və iş adamı dönərkən kabus yaşayıb. Belə ki, Mehmet Dinçerlerin maşınının təkəri partlayıb. Onun sükan arxasında idarəetməni itirməsi nəticəsində maşın sağa-sola dəyib. Qorxudan huşunu itirən müğənni özünə gəlməkdə çətinlik çəkib.

Hadisə yerinə çatan polislər gördükləri mənzərədən şoka düşüblər və “Bu maşından necə sağ-salamat çıxdınız? Allah qoruyub” deyiblər. Cütlük başqa bir avtomobillə İstanbula qayıdıb.